- Mədəniyyət

Sofiyada “Arşın mal alan”ın bolqar dilində premyerası keçirilib

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının bolqar dilində premyerası baş tutub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, operettanın bolqar dilində ilk təqdimatında Bolqarıstan Respublikasının hökumət və ictimai-siyasi nümayəndələri, parlament üzvləri, elm və mədəniyyət xadimləri, həmçinin diaspor əməkdaşları iştirak ediblər.

Azərbaycan operettasının bolqar dilində premyerası yerli mətbuatda geniş işıqlandırılıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.