Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin qoşunlarına zərbə endirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı əməliyyat məlumatında bildirilib.
Məlumata görə, Ukraynanın zenit-raket qoşunları və aviasiyasının qırıcıları Rusiyanın 12 hava hədəfini – 2 qırıcı, 3 helikopter, 3 PUA və 4 qanadlı raketini məhv edib:
“Ötən sutka ərzində Ukraynanın Silahlı Qüvvələri işğalçının Mikolayevsk və Sumıl vilayətlərində bir neçə texnika karvanını məhv edib. Düşmənin itkiləri dəqiqləşdirilir”.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin 8-ci ümumqoşun ordusunun komandanı general-leytenant Andrey Mordviç martın 18-də öldürülüb.