ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə Amerika hərbçilərinə qarşı hücumlar barədə məlumatı yeniləyib.
“Report”un məlumatına görə, ABŞ və koalisiya qüvvələri oktyabrın 17-dən bəri ən azı 46 dəfə, o cümlədən 24 İraqda və 22 dəfə Suriyada kamikadze pilotsuz uçan aparatlar və raketlərdən istifadə etməklə hücuma məruz qalıb.
Pentaqon əlavə edib ki, bu hücumlar nəticəsində ümumilikdə 56 nəfər yaralanıb.