Amerikanın “SpaceX” şirkəti 2023-cü ildə Yer orbitinə öz kosmik gəmisinin 100 orbital peykinin buraxılışını həyata keçirmək niyyətindədir.
“Report”un xəbərinə görə, bu barədə şirkətin təsisçisi İlon Mask məlumat verib.
“Bəli, biz gələn il 100-ə qədər buraxılışı planlaşdırırıq”, – o “Ars Technica”nın jurnalistinin sualına cavabında qeyd edib.
Mart ayında Mask 2022-ci ildə şirkətinin kosmik gəmilərinin orbitə təxminən 60 peyk buraxılışını həyata keçirməyə ümid etdiyini bildirmişdi.