- Mədəniyyət

“Sundance müstəqil film festivalı” bu il onlayn formatda keçiriləcək

ABŞ-da koronavirusun “omikron” ştamı sürətlə yayıldığı üçün Yuta ştatında nəzərdə tutulmuş “Sundance müstəqil film festivalı” bu il onlayn formatda keçiriləcək.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə festivalın təşkilatçıları deyib.

Məlumatda bildirilib ki, dünyanın hər yerindən minlərlə aktyor, tamaşaçı, işçi, könüllü və partnyoru 11 günlük tədbirə toplamaq təhlükəsizlik baxımından məqsədəuyğun deyil.