Suriya Milli Ordusu (Azad Suriya Ordusu) Hələb mühafəzəsində PKK/YPG-nin nəzarət etdiyi Mənbicdə əməliyyata başlayıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
“Suriya Milli Ordusu “Azadlıq şəfəqi” əməliyyatında PKK/YPG terror təşkilatının işğalı altındakı Mənbicin Ureyme qəsəbəsi və Um Dadat kəndini azad etdiyini açıqlayıb”, – telekanal qeyd edib.
Məlumata görə, SMO Mənbicin 80 %-ni nəzarətə alıb.
“Mənbicdə PKK/YPG-nin nəzarətindən alınması üçün həm havadan, həm də qurudan müdaxilələr davam etdirilir. Bütün bölgə təşkilat ünsürlərindən təmizlənir”, – telekanal vurğulayıb.