- Manşet, Mədəniyyət

“Şuşa İli” çərçivəsində Brüsseldə “Azərbaycan muğamı” adlı konsert təşkil olunub

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun üzvləri – tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Əməkdar artist Kamran Kərimovun ifasında Azərbaycan muğamları, Xan Şuşinskinin, Fikrət Əmirovun, Üzeyir Hacıbəyovun əsərləri və xalq mahnıları dinləyicilərə təqdim olunub.