Bu gün səhər saatlarında erməni terrorçu Martik Eremyanın Şuşa yaxınlığında Azərbaycan və rus hərbçilərinin olduğu posta qumara atması ilə bağlı erməni separatçıları həyasız və əxlaqsız açıqlama yayıb.
Axar.az xəbər verir ki, rus sülhməramlılarının arxasında gizlənməklə fəaliyyət göstərməyə davam edən və özlərini “milli təhlükəsizlik xidməti” adlandıran separatçı-terrorçular Martik Eremyanın bu addımının “Azərbaycan hərbçisinin provokativ hərəkətinə cavab olduğunu” bildirib.
Bu faktın özü Xankəndidə toplaşan ermənilərin terrorçu mahiyyətinin birbaşa sübutudur. Belə ki, videodan da göründüyü kimi, erməni terrorçuya qarşı hər hansı hərəkət edilmir, o sadəcə, posta yaxınlaşır və qumbara ataraq qaçır.
Qeyd edək ki, Martik Eremyan artıq rus sülhməramlıları tərəfindən yaxalanıb, Azərbaycan Baş Prokurorluğu isə olayla bağlı cinayət işi açıb.