- Köşə

Şuşa – qalibiyyətin ünvanı! – Aynur XƏLİLOVA

“Ey Türk-Oğuz bəyləri, milləti, eşidin!
Yuxarıda mavi göy çökməyincə,
aşağıda yağız yer yarılmayınca,
sənin dövlətini, törəni  kimsə yıxa bilməz!
Ey Türk! Titrə və özünə dön!
Sən özünə dönəndə böyük olursan!”

Bilgə Kağan

2020-ci il… Bəşəriyyət ölüm və bədbəxtlik gətirən COVİD-19 virusu ilə mübarizə aparır… Düşünmək olardı ki, günahsızlara yönəlmiş silahlardan açılan atəşlər susmasa da, ən azından, nisbətən azalacaq, insanlar, məkrli niyyətlərini, hələlik, müvəqqəti də olsa, bir qədər ertələyəcəklər. Kamyunun sözlərilə desək, axı “bədbəxtlik hökm sürdüyü vaxt adamlar şəraitə adət edir, yəni susmağı öyrənirlər”. Əslində, adi məntiqlə də yanaşsaq, bütün dünyanı, o cümlədən regionu sürətlə yayılan pandemiya ilə mübarizə düşündürdüyü, mövcud durumdan dolayı mənəvi-psixoloji, sosial-iqtisadi çətinliklər yaşandığı, insanların həyat mücadiləsi verdiyi ağır zamanda belə bir gözləntinin olması başadüşülən idi. Lakin unutduğumuz (əslində isə unutmadığımız!) bir şey var idi – erməni xisləti.

Mayası şeytani hiyləgərlik və qəddarlıqdan yoğrulan, iblis xislətli, bəşəriyyətin utanc yeri, üz qarası olan ermənilər, daha dəqiq desək, haylar, əksinə, yaranmış bu çətin vəziyyətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmək üçün ölkəmizə qarşı yeni təxribat və hücumlara başladılar – yenə itkilər, öldürülən və yaralanan günahsız insanlar…

Həmin vaxt – 2020-ci ilin iyul ayında düşmənin işğal və hərbi-siyasi təxribat məqsədilə başlatdığı, on iki hərbçi və bir mülki vətəndaşımızın həlak olduğu Tovuz döyüşləri zamanı “Aprel döyüşləri”ndən yaxşı tanıdığımız, vətənimizin igid və qeyrətli oğlu, general-mayor Polad Həşimovun şəhid olması Azərbaycanda yeni bir milli oyanış, özünəqayıdış dalğası yaratdı, xalqı birliyə, kafir yağıya qarşı savaş ruhuna kökləyərək Qarabağ müharibəsinin həllində böyük bir dönüş nöqtəsinə çevrildi. Polad Həşimovun şəhadəti xəbəri ölkənin hər tərəfinə yayılaraq böyük əks-səda doğurub bütün Azərbaycanı silkələdi, xalq küçələrə axışıb torpaqlarımızı azad etmək, şəhidlərimizin qanını almaq üçün azğınlaşmış mənfur düşmənə qarşı savaş tələb edirdi. Cünki “Düşmənin dəfinə çarə cəng olur, // Qeyr olan ərlik yolunda ləng olur” (Cahan Şah Həqiqi). Haqq savaşımızın başlayacağı o böyük gün isə yaddaşımıza əbədilik həkk olunacaq 27 sentyabrda gerçəkləşəcəkdi…

O gün hər şey belə başlamışdı: Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciəti və Müdafiə Nazirliyinin rəsmi bəyanatında deyilirdi ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif növ silahlardan, o cümlədən iri çaplı artilleriya qurğularından intensiv atəşə tutmuş, nəticədə ölən və yaralananlar, ciddi dağıntılar olmuş, Azərbaycan Ordusu düşməni susduraraq döyüş fəaliyyətinin qarşısını almışdır… Və… “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilmişdir…” (Müdafiə Nazirliyinin bəyanatı. 27 sentyabr 2020-ci il).

Həmin gün bütün Azərbaycan bütöv bir yumruq kimi birləşərək Ali Baş Komandanın xalqa müraciətlə söylədiyi “Biz Haqq yolundayıq! Bizim işimiz Haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” çağırışına qoşulub vətənin müdafiəsinə qalxdı, əcdad və şəhid ruhlarının harayına hay verdi. “44 günün gerçək nağılı”nda deyildiyi kimi:

Sentyabrın 26-ndan
27-sinə keçəgecəsi
mir bir yumruğa
nmüşdü aslan ncəsi.
Bir az sonra
başlayacaqdı yüş –
bir az sonra
rzə düşəkdi
arana, dağa,
lbi barlı Qarabağa!
Bir az sonra
şəhid qanı,
qazi qanı
qarışıb
can verəkdi torpağa…

Orxan Paşa

Bu, İkinci Qarabağ savaşı idi. Qeyri-adi, mistik bir savaş… Vətənin igid övladlarını bu savaşa “Qəzamız mübarək olsun!” duası ilə əcdadlarımızın ruhları uğurlayırdılar…

Müqəddəs kitabımız “Qurani-Kərim”də buyurulur: “Allah yolunda savaşın sizinlə savaşanlarla” (“Bəqərə”, 190-cı ayə). Oğuz elinin bilicisi Dədəm Qorqudun nəsihətidir: “Allah-Allah deməyincə, işlər onmaz… // Qara polad üz qılıcı çalmayınca, qırım dönməz”. Haqqa sığınıb Oğuz ruhlarından güc alan alp-ərənlərimiz “Allahu-əkbər!”, “Qarabağ Azərbaycandır!” nidaları ilə döyüşə atıldılar, keçilməz sədləri, bənd-bərələri aşıb torpaqlarımızın azadlığı uğrunda fədakarcasına vuruşaraq işğalçı düşmənə sarsıdıcı zərbələr endirdilər, misilsiz qəhrəmanlıqlar göstərib canları, qanları bahasına bir-birinin ardınca böyük qələbələr qazanaraq savaşın hər gününü şanlı zəfər yürüşünə çevirdilər!..

Savaşın gedişatında həlledici faktor isə heyrətamiz xüsusiyyətlərilə haqqında hələ uzun illər danışılacaq, yazılıb araşdırılacaq Şuşa qalasının azad edilməsi oldu. Azərbaycan əsgəri “Dəmir yumruq” əməliyyatı ilə mənfur düşməni yenib torpaqlarımızı işğaldan birər-birər azad etməkdə, Zamanın, külli-aləmin fövqündə olan Mütləq Hakim isə Zamanı o Zamana yaxınlaşdırmaqda idi!..

Şuşam!.. “Qom qomlamım qoma yurdım! // Qulanla sığır-keyikə qonşı yurdım! // Səni yağı nərdən darımış, gözəl yurdım!”. Bu illər ərzində nə ağrılar yaşamısan, nələrə dözüb dayanmısan! Yaralanmısan, küskünləşmisən, amma ümidini, inamını itirməmisən, qoynunda bitən çiçəklərin məlhəm olmağa çalışıb yaralarına – qüssədən boynu bükük, qəlbi yaralı çiçəklərin. Özün öz yaranı sarıyıb Xarıbülbülünlə dərdləşmisən. Səni ən çox o anlayıb bu illər ərzində, axı onun da köksü yaralıdır…

Şuşa Azərbaycan üçün təkcə hərbi-strateji və siyasi əhəmiyyət daşımır. Şuşa bizim üçün mənəviyyat faktoru, birliyə, dayanışmaya, milli oyanış və özünəqayıdışa kökləyən, mifik-sakral məzmun kəsb edən arxetip məkandır. Şuşa ilə etnogenetik yaddaşın oyanışı və milli özünüifadə arasında mistik bir əlaqə vardır.

Şuşanın azadlığı uğrundakı döyüşlər də elə onun özü kimi qeyri-adi, heyrətamiz və bənzərsiz bir şəkildə gerçəkləşdi. Şuşa fatehləri kafir yağını onun olmayan ağlına belə gəlmədiyi sıldırım qayalarla dırmanıb cəngavər kimi əlbəyaxa döyüşlə, bıçaqla, xəncərlə, özlərilə daşıya biləcəkləri silahlarla məğlub etdilər. Həm də daha çox gecələr, dumanlı-çiskinli havalarda, qəfildən və 20-30 yaraqlı kafirə qarşı 3-4 cəngavər olmaqla. Düşməni simvolu belə vahiməyə salan göy-boz qurd kimi! Çaqqal sürüsünü yox etmək üçün isə bir qurd yetərlidir. Qazi Bürhanəddin demişkən: “Aləmdə bin qarğaya bir sapan pəs, // Dünyada sərvər gərək, sərvər, sərvər!”.

Alp-ərənlərimiz düşmənə zərbəni sanki Atillanın metafizik səciyyəli qılıncı, Həzrət Əlinin (ə.s.) sakral məzmunlu Zülfüqarı, Şah İsmayılın bütöv Azərbaycan uğrunda çaldığı qılıncı ilə endirdilər. “Kafirin qara sancağını qılıclayıb yerə saldılar”. 1501-ci ildə necə ki, “Şah İsmayıl Təbrizə ruh bədənə daxil olan kimi girdi”, eynilə də Şuşa fatehləri Şuşaya ruh bədənə daxil olan kimi girdilər! Bu assosiativ təsirli bənzərsiz poetik-ekspressiv təsvir dərin semantik tutuma malik olub hər iki böyük tarixi hadisənin mahiyyətini ən müxtəlif kontekstlərdə içəriləyir.

…O tarixi zamanda hamımız hər an səbirsizliklə rəsmi xəbər – Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin xalqa müraciətini gözləyir, bütün çıxışlarını dönə-dönə dinləyirdik.

8 noyabr 2020-ci il… Bu dəfə hər şey fərqli idi. Ali Baş Komandanın xalqa müraciəti Şəhidlər Xiyabanında gerçəkləşirdi. Hər bir məqam ürək çırpıntıları ilə gözlədiyimiz böyük qələbənin emosional təsirli ifadəsi idi. Və nəhayət, Ali Baş Komandan bizi sevinc göz yaşlarına qərq edən bu şanlı qələbə müjdəsini verdi: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!.. Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq!.. Gözün aydın olsun, Azərbaycan!.. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!.. Şuşa bizimdir!.. Qarabağ Azərbaycandır!”. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı və onun rəhbərlik etdiyi qəhrəman Azərbaycan əsgəri, nəhayət ki, 28 il 6 ay arzu və həsrətlə gözlədiyimiz bu Böyük Günü tarixə yazdı! Azərbaycanın – Qarabağın ürəyi, ağa-bəy yurdu, mədəniyyət beşiyi, arzular ünvanı Şuşamız işğaldan azad olundu:

Allah-Allah deyin, qazilər!
Qazilər, deyin şah mənəm!
Qarşu gəlin, səcdə qılın,
Qazilər, deyin şah mənəm!

Şah İsmayıl Xətai

Təxminən, son otuz ildə çox itkilər verdik, çox ağrılar, bəşər tarixində misli-bərabəri olmayan faciələr yaşadıq. Ürəyimiz parçalandı, ölənlə öldük, yaralananla yaralandıq, sinəmizə çalın-çarpaz dağlar çəkdik. Düşmən işğalında olan yurd yerlərimizlə birlikdə biz də viran olduq. Dağıdılmış məzarları kimsəsizləşən əcdadlarımızın narahat ruhları kimi biz də qəribsədik, küskünləşdik. “Orda bir kənd var uzaqda, // O kənd bizim kəndimizdir. // Getməsək də, gəzməsək də // O kənd bizim kəndimizdir”, – deyib gözümüzdə-könlümüzdə yaşatdığımız Şuşamıza sarı həsrət və nisgil dolu gözlərimiz yol çəkdi. Bir mübarək gün doğma yurdumuza qovuşmaq ümidilə dözüb dayandıq. Ruhumuz ağrıdı, sızıldadı, lakin ölmədi, diri qaldı. Polad Həşimovun şəhadətilə içimizdə “yatmış vulkan” kimi oyanan Oğuz ruhu haray çəkib övladlarını tarixi yurd yerlərinə sahib çıxmağa səslədi, kafir yağı ilə savaşda onları qalibiyyətə uğurladı. Ruhu illərdir içində birikdirdiyi yurd həsrəti, qalibiyyət təşnəsi ilə çuğlayan Azərbaycan əsgəri 27 sentyabrdan başlayan haqq savaşımızı cəmi 44 günə sığdırdı və hər anı misilsiz qəhrəmanlıqlardan yoğrulmuş bu 44 gün içərisində mənfur düşməni – qondarma Ermənistan və ordusunu ağır məğlubiyyətə uğradıb diz çökdürdü, tarixi torpaqlarımızı işğaldan azad edib üçrəngli bayrağımızı zirvələrdə dalğalandırdı! Azərbaycan əsgəri heyrətamiz döyüş taktikası, yenilməz savaş ruhu və alp-ərənliyilə 44 gün içərisində möhtəşəm qalibiyyət qazanaraq Zamanın Qəhrəmanına çevrildi!

Yılmam ölümden, yaradan, askerim;
Orduma “Qazi” dedi Peyğamberim!
Bir dileyim var, ölürüm isterim:
Yurduma tək düşman ayak basmasın.
“Amin!” desin hep birden yigitler,
“Allahü-ekber!” gökten şehidler!
Amin! Amin! Allahü-ekber!

Mehmet Akif Ərsoy

İkinci Qarabağ savaşında Azərbaycan əsgərinin göstərdiyi alp-ərənlik və döyüş ruhu etnogenetik koddan gələn, Oğuz igidlərinə məxsus keyfiyyətlərin təzahürü idi. “Mənə bir türk ordusu verin, bütün dünyanı girov götürüm”, “Türkü öldürmək olar, məğlub etmək isə əsla” – vaxtilə Napoleon Bonapart türk döyüşçüsünü belə xarakterizə etmişdi. “Yuxarıdakı göy çadırımız, Günəş bayrağımız olsun”, – deyib dünyanın dörd bir tərəfinə zəfər yürüşü edən mifləşmiş Oğuz Kağanın, ozanlar ozanı Dədəm Qorqudun boy boylayıb, soy soyladığı alp-ərənlərin, adımızı imperiya yaratmış dövlətlər sırasında var edən Şah İsmayılın övladlarını – “Hu” sədaları ilə savaşa atılan türkü yenməkmi olar?! Biz savaş günü “Ər oldur həqq yoluna baş oynaya, // Döşəkdə ölən yigit murdar bolur!”, “Qanla dəstəmaz alub yürü namaza gidəlim” (Qazi Bürhanəddin) deyən millətik. Türk savaş meydanlarında necə cənglər etmiş, necə düşmənlərə göys gəlmişdir. Azərbaycan-Oğuz igidləri İkinci Qarabağ savaşındakı möhtəşəm qalibiyyət və misilsiz qəhrəmanlıqları ilə yenilməz savaşçı türk obrazını bütün dünyaya bir daha nümayiş etdirdilər!

Zaman keçib nəsillər bir-birini əvəz etsə də, türkün savaş meydanlarındakı alp-ərənlik keyfiyyətləri etnogenetik kodlar vasitəsilə daşınıb var olmaqdadır. Yetər ki, türk milli-tarixi kimliyinə dayansın, minilliklərin dərinliklərindən qopub tarixə yoldaşlıq edən qayalarda əks-səda verən arxetip Türk Ruhunun səsini-səslənişini eşitsin: “Ey Türk-Oğuz bəyləri, milləti, eşidin! // Yuxarıda mavi göy çökməyincə, aşağıda yağız yer yarılmayınca, // Sənin dövlətini, törəni  kimsə yıxa bilməz! // Ey Türk! Titrə və özünə dön! // Sən özünə dönəndə böyük olursan!” (Bilgə Kağan). Biz özümüzə – soykökümüzə, şərəfli tarixi keçmişimizə dönüb genetik qan yaddaşımızı, içimizdəki Böyük Oğuz-Türk Ruhunu oyatdıq! Bu özünəqayıdışla da 44 günü içəriləyən cahanşümul tarix yazıb böyüklüyümüzü bir daha ortaya qoyduq! Bu tarixin şanlı zirvəsi isə Şuşa qalasının azadlığı uğrundakı misilsiz döyüşlər oldu. Şuşa mənəvi faktor və mifik-sakral məkan kimi xaosu düzənləyib kosmosu bərqərar etdi. Və bu nizamlama prosesi hələ davam edəcək, ta ki, o ucalıqdan baxanda ətrafını zirvələrdə dalğalanan üçrəngli bayrağımızla əhatələnmiş görüncəyədək!

Bu savaşda assosiativ təsir öz əksini hər mənada göstərdi. Qarabağın assosiasiyası olan Şuşa İkinci Qarabağ savaşında Azərbaycanın Qalibiyyət ünvanı, Şuşanın assosiasiyası olan Xarıbülbül isə bu savaşın simvoluna çevrildi. Məhz Şuşanın azad edildiyi tarixi gün isə Böyük Qələbə günümüz kimi qəbul olundu.

İgidlər haqq savaşında ya şəhid olur, ya qazi! Torpaqlarımızın hər bir qarışı düşmən işğalından Azərbaycan əsgərinin canı, qanı bahasına azad olundu. 2 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 27 sentyabrın hər il Azərbaycanda İkinci Qarabağ savaşı şəhidlərinin əziz və unudulmaz xatirəsinin Anım Günü kimi qeyd olunması haqqında Sərəncam imzaladı. Bu il savaşın başlanmasının birinci ildönümündə – 2021-ci il sentyabrın 27-də Ali Baş Komandanın rəhbərliyilə hərbçilərimizin böyük sayqı ilə daşıdıqları İkinci Qarabağ savaşı şəhidlərinin şəkillərinin əks olunduğu plakatlarla keçirilən möhtəşəm hərbi yürüş nə qədər təsirli və qürurverici idi. Azərbaycana nə qədər qəhrəmanlar bəxş edibmişsən, İlahi! Hər biri doğma, hər biri ürəyimizin bir parçası… Bu, adi hərbi yürüş deyildi, maddi-ruhani kontekstin birgə təzahür etdiyi sakral məzmunlu bir hadisə idi. Sanki Şəkil izdihamı olan bu qeyri-adi, möhtəşəm yürüş, həm də və daha çox (!) əksləri o şəkillərdə həkk olunmuş, özləri isə həmin an üçün Cənnətdən enib Azərbaycan səmasında toplaşmış ölməz şəhidlərimizin müqəddəs ruhlarının yürüşü idi!

Biz saatların əqrəbləri 12:00-ı göstərəndə şəhidlərimizi sayqı duruşu ilə bir dəqiqəlik sükutla yad edib ruhlarına təzim edərkən, Azərbaycan səmasının nur haləsinə bürünmüş ənginlikləri Zamanın fövqündə olan Haqqın dərgahından qopan üç min “Allahu-əkbər” nidasının ilahi əks-sədasına qərq olmuşdu. Havada isə Cənnət qoxulu mübarək bir Şəhid ruzigarı var idi. Tanrı dərgahında uca məqamla müjdələnən şəhidlərimizin qanlarının töküldüyü üç min Məkana sığal çəkib üzü Şuşanın Yuxarı Gövhər Ağa məscidinə doğru əsən müqəddəs Şəhid ruzigarı…

O an keçirdiyim hisslərin, daxili-mənəvi yaşantıların və ruhi-psixoloji halın təsirilə Mehmet Akif Ərsoyun bu misralarını xatırladım:

Ey şehid oğlu şehid, isteme benden makper,
Sana ağuşunu açmış duruyor Peygamber!

Cənnət qoxulu bu ruzigar 8 noyabrda da beləcə əsəcək, Şuşanı – Qalibiyyətin ünvanını müqəddəs nura qərq edəcəkdi!..

…Bu gün Zaman o Zamandır!

“Ədəbiyyat qəzeti”