Şuşa Dövlət Musiqili Dram Teatrı 150–ci teatr mövsümünü sentyabrın 16–da gənc yazar Jalə Novruzun “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşada Molla Nəsrəddin rolunu Əməkdar artist Teymur Məmmədov, Mollanın arvadı rolunu isə Xalq artisti Şükufə Musayeva ifa edəcəklər.
Digər rolları isə teatrın aktyorları Rasəf Mehdiyev, Hamlet Qənbərov, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Nihad Heybətov, Mobil Qurbanov, Vüsal Məmmədov, Sevinc Ağayeva, Bahar Həmzəyeva, Gündüz Qasımov və Orxan Abışov canlandıracaq.