Şuşada Aşağı Gövhərağa məscidində bərpa işləri davam edir.
Bu barədə “Report”a Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.
Xatırladaq ki, məscid İbrahim xanın xeyriyyəçi qızı Gövhərnisə xanımın vəsaiti ilə 1874-75-ci illərdə tikilib. Dini ibadət yeri işğal dönəmində ermənilər tərəfindən dağıdılıb. Məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir.