- Mədəniyyət

Şuşada məscidlər İtaliya və Türkiyədən olan ekspertlərin nəzarəti altında bərpa olunur

Şuşada məscidlər İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti altında bərpa olunur.

APA xəbər verir ki, bunu Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən sessiyada Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov deyib.

O qeyd edib ki, Şuşada Yuxarı Gövhərağa Məscidi, Aşağı Gövhərağa məscidi və Saatlı məscidi İtaliya və Türkiyədən olan özəl ekspertlərin nəzarəti altında bərpa edilir.