Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində 38-ci nazirlərin iclasında Şuşanın 2023-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” namizədliyini təqdim edib.
“Report” xəbər verir ki, bu barədə nazir özünün rəsmi tvitter səhifəsində yazıb.
“Özbəkistanın Xiva şəhərində 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi&mədəni abidələrin dağıdılması,Vətən müharibəsindən danışdım”, – nazir vurğulayıb.