Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyinin icra etdiyi “Şuşanı tanıyaq, tanıdaq!” layihəsi çərçivəsində “Şuşanın 270 anı” bədii-sənədli filmi nümayiş olunub.
“Report” xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan tədbirdə Prezident Administrasiyasının, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qeyri Hökumət Təşkilatlarının, Medianın İnkişafı Agentliyinin nümayəndələri, telekanal rəhbərləri, millət vəkilləri, sayt rəhbərləri, jurnalistlər, tanınmış sənət adamları, ictimaiyyət təmsilçiləri iştirak edib.