- Cəmiyyət

Şuşaya güclü qar yağıb

Şuşaya güclü qar yağıb.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə , fevralın 24-də gecə saatlarından başlayaraq yağan qarın hündürlüyü hazırda 6-7 santimetrə çatıb.

Qar yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırmayıb. Aidiyyəti qurumların əməkdaşları tərəfindən yollarda qarın təmizlənməsi işləri aparılır, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülür.

Havanın temperaturu -5 dərəcədir.