Zəfər yolundan əlavə olaraq Şuşa şəhərinə yeni sürət yolu çəkilir.
Trend-in məlumatına görə, bunu REAL TV-yə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.
Onun sözlərinə görə, bu yol Zəfər yolundan fərqli olaraq enişli-yoxuşlu deyil, tunel və körpülərlə inşa ediləcək.
“4 zolaqlı yol təhlükəsiz və sürətli olacaq. Yeni yolun Daşaltıdan Şuşaya keçən hissəsində tunel inşa ediləcək ki, həmin tunel vasitəsilə İsa bulağına təhlükəsiz keçid olsun. Bu tunel Laçın dəhlizinin altından keçməklə İsa bulağı istiqamətində olacaq. Tunel, həmçinin Şuşa şəhərinə də gedişi təmin edəcək”, – deyə sədr müavini qeyd edib.