- Mədəniyyət

“Təklif” tamaşası iki dəfə nümayiş olunacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi ilin ilk səhnə əsəri – “Təklif” tamaşasını yanvarın 23-də nümayiş etdirəcək.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.

Tamaşada Xalq artisti Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcəklər. Səhnə əsəri saat 19:00-da A.Şaiq adına Dövlət Kukla Teatrında nümayiş olunacaq.

Sözügedən səhnə əsəri təkrar yanvarın 29-da teatrsevərlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, digər sənət ocaqları kimi, “Yuğ” teatrı da COVID-19 pandemiyası ilə əlaqədar tamaşaları onlayn təqdim edirdi.