- Ədəbiyyat

Təknüsxəli əsər

İmarət CƏLİLQIZI

Dua –
varlığına,
yaradan,
sevən,
bəsləyən,
qoruyan,
görən,
eşidən,
qəbul edən,
sınayan,
təqdir edən,
məzəmmət edən,
bağışlayan,
daim doğru yol göstərən,
hər yaxşı söz və əmələ görə mükafatlandıracağına,
hər yanlış söz və əmələ görə isə üz döndərib cəzalandıracağına
tərəddüdsüz,
qətiyyətlə,
sidq-ürəklə inandığın
nəhəng, qüdrətli bir Qüvvənin ünvanina
minbir ruh halinda
zəhmətlə,
səbatla,
səbirlə
söylənən
uzun,
ardıcıl,
məntiqli,
davamlı,
konkret,
çoxşaxəli,
çoxhissəli,
çoxbəndli
bir əsərdir.