- Cəmiyyət, Manşet

“Taliblər” Əfqanıstan ərazisinin 90%-ini nəzarət altına alıblar

“Taliban” hərəkatı Əfqanıstan ərazisinin 90 %-ə nəzarət edir.

“Report” xəbər verir ki, bu barədə İranın IRIB telekanalı məlumat yayıb.

Telekanalın Əfqanıstanda olan müxbiri qeyd edib ki, “Taliban” silahlıları Mazari-Şərifə daxil olublar və həbsxananı tutublar. Məlumata görə, yalnız paytaxt Kabil və qonşu əyalətlər Əfqanıstan hökumətinin nəzarəti altındadır.

Daha əvvəl “Taliban” hərəkatının döyüşçüləri ölkənin iki – Laqman və Daykundi əyalətlərinin inzibati mərkəzini ələ keçirib.