- Cəmiyyət

Tanınmış alim Könül Aydın Nəhmətovadan təhsilə yeni töhfə; şagirdlərin oxuyub-anlama qabiliyyətini formalaşdırmaq üçün vacib vəsait

Tanınmış təhsil işçisi, filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova təhsilə yenə öz töhfəsini verdi: uzun illərin araşdırmasının və təcrübəsinin nəticəsi olaraq “Oxuyub-anlama: nəzərə və metodoloji əsasları” adlı metodik vəsaiti işıq üzü gördü.
Vəsait müvafiq ixtisaslar üzrə ali və orta məktəb müəllimləri, ali məktəb tələbələri, həmçinin oxu bacarıqlarını inkişaf etdirmək istəyən hər kəs üçün nəzərdə tutulub.
Azərbaycan dili fənninin metodikası təcrübəsində ilk dəfə olaraq məhz bu vəsaitdə oxu təliminin fundamental mövzularının nəzəri və metodoloji əsasları işlənib:
– Oxuyub-anlama nədir;
– Mətn və onun arxitektonikası;
– Mətnin əsas elementləri və onların oxuyub-anlamada rolu;
– Mətnin struktur məsələləri;
– Hekayənin üç tərkib hissəsi və onun tədrisdə rolu;
– Abzas: növləri və quruluşu;
– Ekspozisiya və onun növləri;
– Oxuyub-anlama bacarıqlarını formalaşdıran səmərəli üsullar və s..
Vəsaitdən istifadə edənlər yuxarıdakı mühüm istiqamətlər üzrə suallarına cavab tapacaqlar. Mətnin əsas elementlərini tanımaq və strukturunu anlamağın oxuyub-anlamadakı əhəmiyyəti ilk dəfə bu vəsaitdə öz izahını tapır.

Şagirdlərin oxuyub-anlama bacarıqlarını formalaşdırmaq müasir orta məktəb təhsilinin qarşısında duran əsas vəzifələrdən biri olduğu üçün vəsaitin ehtiva etdiyi məzmun bütün fənn müəllimlərinin peşə səriştələrinin əsasında durur. Bu baxımdan vəsait bütün fənn müəllimlərinin mütaliəsi üçün tövsiyə olunur.

“Oxuyub-anlama: nəzəri və metodoloji əsasları” adlı metodik vəsaiti yalnız Bakı şəhərində “Milli Book-cafe”dən əldə etmək olar. Kitab book-kafenin iki filialında satışdadır:
1. “Nəsimi” filialı: Həmzə Babaşov 5N.
(“Nəsimi” metrosuna yaxın, “Heydər” məscidinə gedən yolun üstü)
2. 28 May filialı: Ceyhun Hacıbəyli küçəsi 31.
Əlaqə nömrələri: 0703869000; 0708226522