- Cəmiyyət

Tbilisidə akademik Hamlet İsaxanlının həmtəsisçiliyi ilə “East-West Teaching University” yaradılıb

Gürcüstanın Tbilisi şəhərində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü,  professor Hamlet İsaxanlı  İvani Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, prof. Teymuraz Xurodzenin birgə təsisçiliyi ilə East-West Teaching University (Şərq-Qərb Universiteti) yaradılaraq, 2022-ci il avqustun 9-da beynəlxalq akkreditasiyadan keçmişdir. Universitetin yaranmasını Gürcüstanın tanınmış iş adamı, Ph.D Zaza Nişnianidze dəstəkləyib.

Universitetin təsisçilərindən biri Tbilisidə yerləşən multidissiplinar və ixtisaslaşmış klinikaların əsas səhmdarı olduğu üçün əvvəlcə həkimlik ixtisasının həyata keçirilməsi məqsədəuyğun hesab edilib. Yüksək ixtisaslı tibb kadrlarının yetişdirilməsi üçün universitet strukturunda klinikaların olmasının nə qədər önəmli olduğu  məlumdur.

Birgə səylər maddi-texniki bazası, səriştəli professor-müəllim heyəti və müasir tələblərə cavab verən təhsil proqramları ilə regionun ən görkəmli ali təhsil ocaqlarından birinə çevriləcək yeni universitet qurulmasına imkan yaradıb. Beynəlxalq standartlara cavab verəcək təhsil mühiti yaradaraq, onu  daha da inkişaf etdirməyi qarşısına məqsəd qoymuş  East-West Teaching University  Cənubi Qafqazın təhsil sahəsində regional əməkdaşlığının gözəl nümunəsidir