Tbilisinin ən yüksək nöqtəsi sayılan televiziya qülləsi, həmçinin Kür çayı üzərində yerləşən və şəhərin simvollarından olan “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, 28 May – Müstəqillik Günü münasibətilə teleqüllə və körpü mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.