- Cəmiyyət

“Times” meydanında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü aksiyası keçirilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Nyu-York şəhərinin dünyaca məşhur “Times” meydanında məlumatlandırma aksiyası keçirilib.

“Report”un ABŞ bürosunun xəbərinə görə, aksiya Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF) təşkilatçılığı ilə baş tutub.

Meydanın mərkəzində yerləşən led ekranların birində Azərbaycanın tarixi, milli adət-ənənələri, ərazi bütövlüyünün əks edildiyi nəhəng xəritə, milli atributları, dövlət bayrağı, eləcə də milli geyimləri və rəqslərinin nümayiş olunduğu videogörüntülər əks olunub.

AAYF-nin üzvləri olan, ABŞ-də təhsil alan azərbaycanlı gənclər aksiya barəsində meydanı ziyarət edən turistləri və yerli sakinləri məlumatlandırıblar. Aksiya gün ərzində davam edəcək.