- Mədəniyyət

“Tinder fırıldaqçısı” filminin treyleri yayımlanıb

Amerikanın yayım şirkəti “Netflix” “Tinder fırıldaqçısı” (The Tinder Swindler) filminin treylerini təqdim edib.

AZƏRTAC xəbər verir ki, “Netflix”in izləyənləri heyrətə gətirəcək yeni sənədli filmi “Tinder fırıldaqçısı” özünü varlı bir iş adamı kimi təqdim edərək internetdə tanış olduğu qadınları aldadan bir kişinin hekayəsindən bəhs edir.

“Tinderdə kiçik bir sürüşmə həyatınızı dəyişə bilər” sözləri ilə başlayan treylerdə 31 yaşındaki fırıldaqçı Şimon Hayutun təqdim etdiyi möhtəşəm həyata heyran olan qadınlar aldadıldıqlarını hiss edirlər və intiqam almaq üçün hərəkətə keçirlər.