- Cəmiyyət, Manşet, Xəbərlər

Tokio-2020: Argentina İspaniya ilə, Braziliya Almaniya ilə eyni qrupa düşüb

Tokio 2020 Yay Olimpiya Oyunlarında futbol yarışlarının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Sürix şəhərində, FİFA-nın mənzil-qərargahında baş tutan mərasimdə kişi komandaların düşdüyü qruplar müəyyənləşib.

Turnirdə 16 komanda 4 qrupa bölünüb. Argentina ilə İspaniyanın C, Braziliya və Almaniyanın isə D qrupunda rəqib olması diqqətçəkən məqamdır.

A qrupu
Yaponiya
CAR
Meksika
Fransa

B qrupu
Yeni Zelandiya
Cənubi Koreya
Honduras
Rumıniya

C qrupu
Misir
İspaniya
Argentina
Avstraliya

D qrupu
Braziliya
Almaniya
Fil Dişi Sahili
Səudiyyə Ərəbistanı

Qeyd edək ki, kişi futbolçular arasında Olimpiada oyunları 23 iyul – 8 avqust tarixlərində keçiriləcək.