Azərbaycan üzgüçüsü Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
O, 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında bütün rəqiblərini qabaqlayıb.
Saley məsafəni 52.69 saniyəyə qət edib.
Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib. Bununla da Azərbaycanın 10-cu qızıl medalını qazanaraq, ümumilikdə 14 medalla 10-cu pillədə qərarlaşıb. (report)