Tokio Yay Olimpiya Oyunlarının yarış cədvəli yaxınlaşan fırtına üzündən dəyişdirilib.
“Report”un məlumatına görə, 26 iyula planlaşdırılan idman tədbirlərinin bir hissəsi digər tarixlərə keçirilib.
İlk olaraq, akademik avarçəkmədə yarışlarının tarixi dəyişdirilib. Bazar ertəsinə nəzərdə tutulan çıxışlar isə bu gün və ya sabah olacaq. Detallar barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “İn-fa” tayfunu Yaponiyanın cənubunda baş qaldırıb. Okinava prefekturasında 5 nəfər xəsarət alıb. Hazırda küləyin sürəti saniyədə 40 metrdir.