“Top Gun: Meverik” filminin baş rol ifaçısı Tom Kruz kino tarixində ən yüksək qonorar alan aktyorlardan biri olmaq şansına sahibdir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun bu filmdən əldə edəcəyi gəlir 100 milyon dollardan çox olacaq.
“Film üzərində birgə işə gəldikdə, həm insan kimi, həm də yaradıcı şəxs kimi T.Kruz möhtəşəm insandır. Əksər aktyorlar verilən pula dəymirlər, amma Tom Kruz və Dueyn Conson aldıqları qonorara layiqdirlər”, – deyə studiya rəhbəri bildirib.