- Cəmiyyət

Tramp kitab nəşr etməyi planlaşdırır

ABŞ-ın sabiq prezidenti Donald Tramp “Bizim səyahətimiz” adlı ilk kitabını nəşr etmək niyyətindədir.

Bu barədə “Axios” nəşri yazıb.

O, Ağ Evin mətbuat xidmətinin 300-dən çox fotoşəkilini toplayacaq.

“Atam bu kitab üçün hər şəkli özü seçib, bütün imzaları, o cümlədən bəzilərini əl ilə yazıb”, – deyə ABŞ-ın eks-prezidentinin kiçik oğlu bildirib.

Kitabın çap olunma vaxtı açıqlanmır.

Kitabda Trampın digər ştatların liderləri ilə çəkdirdiyi fotoşəkillər, eləcə də ailə görüntüləri yer alacaq.

Modern.az