ABŞ prezidenti Donald Tramp bir neçə gündür qanunsuz mühacirlərin kütləvi saxlanmasına qarşı etirazların davam etdiyi Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgərinin göndərilməsi barədə göstəriş verib.
APA xəbər verir ki, bunu Kaliforniya qubernatoru Gevin Nyusom öz “X” hesabında yazıb.
“Mənə indicə məlumat verildi ki, Tramp Los-Ancelesə daha 2000 Milli Qvardiya əsgəri göndərəcək”, – o, bildirib.