ABŞ prezidenti Donald Tramp Təhsil Nazirliyinin ləğvinə başlamaq haqqında fərman imzalayıb.
“Report”un xəbərinə görə, imzalanma mərasimini Ağ Evdən “C-SPAN” telekanalı yayıb.
Prezident təhsil naziri Linda Makmenə müraciət edərək onun üçün başqa bir şey tapacağını deyib.
“Fantastik bir iş görəcəksən. Ümid edirəm ki, orada çox qalmayacaqsan. Amma biz sənin üçün başqa bir şey tapacağıq, Linda”.
Tramp əlavə edib ki, Təhsil Nazirliyinin mühüm proqramları digər agentliklər və departamentlər arasında yenidən bölüşdürüləcək.