Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C.Verdinin “Traviata” operası nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, səhnə əsərində Vialetta rolunu vokalçıların beynəlxalq müsabiqələr laureatı İvona Sobotka (Polşa), Alfredo rolunu isə Xalq artisti Samir Cəfərov ifa ediblər.
Digər obrazları Əməkdar artistlər Cahangir Qurbanov, Səbinə Vahabzadə, Tural Ağasıyev, Xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, aktyorlar Mahir Tağızadə, Nina Makarova canlandırıblar.
Aktyorlar öz qəhrəmanlarının hiss və həyəcanlarını istənilən səviyyədə ifadə edə bilməkdən ötrü bütün vokal imkanlarından bacarıqla istifadə ediblər. Səhnə əsəri maraqla qarşılanıb.
Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və milli “Humay” mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.