“Tulla gəl maskanı, görünsün üzün,
Gül də gizlədərmi, de, bağda özün?
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış aləmə verməkçün bəzək”.
Tulla gəl maskanı, mey ilə dolu,
Bir qədəh toxunsun dodaqlarına,
Lalərəng şərabın, gülgün şərabın,
Nəşəsi yayılsın yanaqlarına.
Qorxma nə virusdan, nə cərimədən,
İntizarda qoyma bu kainatı,
Nə atandan istə, nə qardaşından,
Özüm ödəyərəm o 100 manatı.
Tulla gəl maskanı, dağılsın zülmət,
Yenə işıq saçsın bədirlənmiş Ay,
Vecimə deyildir, nə ins, nə də Cin,
Nə Ramin, nə TƏBİB, nə də ki Oqtay.
Virusdan yaşınma, yad gözdən yaşın,
Ərisin qəlbimə dağ çəkən buzlar,
Sənə qurban olsun koronavirus,
Sənə qurban olsun uxanlı qızlar.
Tulla gəl maskanı, açılsın səhər,
Maska yaraşmayır bu şux qamətə
Virus insan qədər Allahsız deyil.
Hansı virus qıyar bu təravətə.
Yolunu gözləyir Mona Liza da,
Ya istək hesab et, ya minnət olsun,
Bitsin bu yasaqlar, bu qadağalar,
Mutant viruslara min lənət olsun.
Tulla gəl maskanı, ey şəkkərzəban,
Tulla gəl maskanı, ey rəşki-çəmən,
Yetər, həsrət qaldıq təbəssümünə,
Burda əğyar yoxdu: bir sən, bir də mən.
Tulla gəl maskanı, day oraya yox…
Ver, cibimə qoyum, evdə ataram,
Mən elə hey susum, sənsə hey danış,