- Cəmiyyət

“Türk Dövlətləri Qazaxıstana lazımi dəstəyi verməyə hazırdırlar”

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Əmreyevlə Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi arasında telefon danışığı olub.

525.az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat katibliyi yayıb.

Qeyd olunub ki, baş katib və xarici işlər naziri Qazaxıstan hakimiyyətinin ölkəyə tam nəzarəti və sabitliyi bərpa etmək səylərini müzakirə ediblər.

Baş katib Qazaxıstan hökumətinin ölkədəki vəziyyətlə bağlı həyata keçirdiyi tədbirlərin TDT tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb və təşkilata üzv dövlətlərin lazım olduğu təqdirdə hər cür yardım göstərməyə hazır olduqlarını bildirib.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova