2023-cu ilin aprel ayında Bakıda möhtəşəm bir layihənin təqdimatını keçirəcəyik. Yeni layihəmizin ilkin örnək əsərləri artıq hazırdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında layihənin kuratoru və ideya müəllifi Qalib Qasımov deyib.
Onun sözlərinə görə, türk dünyası rəssamlarını birləşdirəcək bu möhtəşəm layihə “Qızıl Alma – Böyük Turan” adlanır.
Eyniadlı sərgi “Qızıl Alma” və “Böyük Turan” ideyaları və fəlsəfəsini əks etdirən yeni rəsm əsərlərinin yaradılması məqsədilə təşkil olunacaq.