- Dil

Türk mənşəli rus soyadları

Dünyada əcdadlarının qanını qoruyub saxlayan xalq tapmaq mümkün deyildir. Bu, xüsusilə çoxmillətli Rusiyaya aiddir.

Rus-tatar şəcərə əlaqələri, türk mənşəli bir çox görkəmli rusun şəcərəsi ilə bağlı məsələ iki alim – tarixçi S.B.Veselovski və filoloq N.A.Baskakov tərəfindən ətraflı öyrənilib.

Tatar-monqolların Rusiyaya iki əsrlik təcavüzü, eləcə də türkdilli Kazan, Həştərxan, Sibir və Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar olaraq Asiya əsilli xidmətçilərin tez-tez Moskva sarayına yaxınlaşması baş verirdi.

Soyadlarının mənşəyinin iki əsası var: bəziləri əcdaddan, bəziləri isə ləqəbdən əmələ gəlib.

Bir müddət sonra tatar murzaları öz ailə gerblərinə sahib olmaq hüququ əldə etdilər. Qızıl Ordadan olan bir çox insan xristianlığı qəbul etdi, Moskva Knyazlığına və sonra Rusiya İmperiyasına sədaqətlə xidmət etdi və mülklər aldı.

Bunlar zadəganlar, yazıçılar, sənətkarlar və elm adamları, ictimai və dövlət xadimləri, sənət adamları və s. idi.

Gəlin bu məşhur nəsillərdən bəzilərinə nəzər salaq.

Abdulovlar – mənası “Allahın qulu” olan müsəlman adı Abdulladan götürülüb.

Akdavletovlar – 17-ci əsrdən zadəgan olublar. Akdavlet – “ağ sərvət” mənasını verir.

Adaşevlər – 16-cı əsrdən zadəgan olublar. Adaş – Toxtamışın Rusiyadakı səfiri olub. XVI əsrin birinci yarısı və ortalarında Adaşevlər IV İvanın fəal hərbçiləri və diplomatları idi.

Azançeyevlər – əsilzadə Azançeyevlərin soyadının mənşəyi maraqlıdır. İslamda azan vacib namaza çağırışdır.

Aksakovlar “Oksak”, yəni “topal” ləqəbindən götürülüb, əslən Ordadandırlar. Aksakovlar nəslində tanınmış yazıçılar, publisistlər, elm adamları var.

Alaberdiyevlər – Volqa-tatarlarının Alla birde (Allah verdi) və ya ərəb Allah – “Tanrı” və türk dilindəki “verdi” sözündən götürülüb. Alaverdi “Allah versin” və ya “Allah səni qorusun” diləyinin sinonimidir.

Almazovlar I Pyotrun atası Çar Aleksey Mixayloviçə xidmət edirdilər. “Almaz” sözü ərəbcə – almas, yunanca – adamasdır (“qırılmaz”), xüsusi sərtlikdə mineraldır.

Əmirovlar 16-cı əsrdən zadəgan olublar. Soyadın mənşəyi türk-ərəb əmir sözündəndir – şahzadə, müsəlmanların rəhbəri.

Məşhur Aniçkovlar ailəsi 1301-ci ildən tanınır. Böyük Orda şahzadəsi Tatar xanı Berka (Berkay) Moskva knyazı İvan Kalitanın xidmətinə daxil oldu. Xristianlığı qəbul edəndən sonra Berka Onikiy (Anikiy) adını aldı. Onun nəslini Aniçkovlar adlandırmağa başladılar. Onların arasında Duma zadəganları, alimlər, publisistlər, həkimlər və hərbi qulluqçular var idi.
Apseitovlar 16-cı əsrin ortalarında Kazandan gəlmişlər. 1667-ci ildə onlara mülk verilib. Soyadları ərəb dilindəki  Əbu Səid adındandır. Əbu – ata, Seyid – rəhbər, ağa, başçı – Məhəmməd peyğəmbərin nəslindən olan müsəlmanlar arasında fəxri ad anlamı verir.

19-cu əsrin birinci rübündə Rusiya İmperiyasında “Arakçeevşçina” kimi tanınan qəddar hərbi və polis tədbirləri və islahatlar sistemi mövcud idi, onun müəllifi qraf, xristianlığı qəbul etmiş tatar general A.Arakçeyev idi, o 15-ci əsrin ortalarında rusların xidmətində idi.

Soyad türk dilindəki “arakiçi” ləqəbindən – “araq hazırlayan, sərxoş” və ya bu içkinin istehsalçısı sözündən götürülüb. Arak ərəb sözü olub, tünd spirtli içki deməkdir.

Ardaşevlər 17-ci əsrin zadəganları, Kazandan gələnlərdir. Nəsillərində alimlər var, Ulyanovların qohumlarıdır. Viktor Aleksandroviç Ardaşev Vladimir İliç Leninin yaxın qohumu idi.

O, kadet kimi yeni Sovet hökumətinə qarşı çıxdı, həbs edildi və qaçmağa çalışarkən 1918-ci ilin yanvarında güllələndi.

Digər Ardaşev qardaşları isə hüquqşünas olub. Ardaş tatar adıdır.

Arsenyevlər ailəsi də məşhurdur, onların əcdadı Oslandan (Arslan) – Qızıl Ordadan Rusiyaya gedən zadəgan tatar Çelebeyin Murzasından gəlir. Nəsillərində A.S.Puşkinin dostları var.

Həmçinin türk mənşəli Artakovlar, Artyuxov kimi zadəganlar var, adları “artıq” türk sözündən götürülüb. Aslanoviçlər – türk-tatar dilindəki Aslan (Arslan) – “şir” sözündən, Asmanovlar (Osmanlı sülaləsi)  var.

Bu sıraya Bazarovları, Baybakovları, Baklanovları, Bizovlenləri, Bulatovları, Bulqakovları, Busurmanovları əlavə etmək olar.

Rus çarı Boris Qodunov 1330-cu ildə İvan Kalitaya qoşulmaq üçün Qızıl Ordadan ayrılan knyaz Çetanın nəslindəndir. “Godun” türk təxəllüsüdür, mənası “axmaq, düşüncəsiz insan” deməkdir.

Zadəgan, böyük rus yazıçısı İvan Sergeeviç Turgenevin ailəsi 1440-cı ildə Ordadan ayrılaraq knyaz Vasili İvanoviçə qoşulan Murza Turgen Levin (Arslan) nəslindəndir.Turgen türk dilində sürətli, cəsuz mənasını verir. Böyü sovet sərkərdəsi Tuxaçevskinin aid olduğu nəslin soyadı tuxaçi – bayraqdar sözündən əmələ gəlib.

Çaadayevlər ailəsi – türk-monqol təxəllüsü olan Çağatay – igid mənasını verir. Məşhur rus mütəfəkkiri P.Y.Çaadayev bu nəslə aiddir.


Fizzə HEYDƏROVA
Yazı İnternet materialı əsasında hazırlanıb