- Cəmiyyət, Manşet

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdama gediblər

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Ağdam rayonuna səfər ediblər.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, səfər çərçivəsində xarici KİV nümayəndələri Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olacaqlar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşlarının səfərləri “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.