Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.
“Report”un Qarabağ bürosunun xəbərinə görə, səfərdə Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilən Baş Qərvənd kəndində düşmənin qurduğu postlar barədə məlumat verib.