Meşə yanğınları ilə mübarizə üçün Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyi ötən il ölkədə baş verən genişmiqyaslı yanğınlardan sonra əlavə texnikası alacaq.
APA-nin yerli bürosu xəbər verir ki, bu barədə məlumatı Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi yayıb.
Bildirilib ki, 2022-ci üçün 5 ədəd amfibiya təyyarəsi, 5 ədəd böyük və 10 ədəd kiçik tanker təyyarəsi, 55 ədəd vertolyot alınması məqsədilə nazirlik tərəfindən tender elan olunub.