- Cəmiyyət

Türkiyə Gənclər və İdman Nazirliyində görüş

Türkiyə Cumhuriyyəti Gənclər və İdman Nazirliyinin Xarici əlaqələr idarəsinin Genel Müdür Yardımcısı Enes Efendioğlu Xəzər Universitetinin nümayəndə heyətini qəbul etdi. E.Efendioğlu Xəzər Universiteti ilə həyata keçirilən bu mübadilə proqramından məmnun olduğunu və bundan sonra da Xəzər Universiteti ilə əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladı.

Gənclər və İdman Nazirliyi Kırşehir il müdürü Numan Nafiz Şahin layihənin gedişi haqqında nazirliyin rəhbərliyinə və toplantı iştirakçılarına məlumat verdi. Nümayəndə heyətinin rəhbəri Əlövsət Əmirbəyli Xəzər Universiteti haqqında məlumat verdi və Xəzər Universitetinin Şuşa plaketini və Azərbaycanın Milli Brendi “Azərçay”ın hədiyyəsini təqdim etdi. Gənclər və İdman Nazirliyinin “Gənclik radiosunda“ görüş davam etdirildi, xatirə şəkilləri çəkildi.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova