- Cəmiyyət, Manşet

Türkiyə hərbçiləri daha 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyat zonasında 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, onların əməliyyat zonasına hücum hazırlığı planlaşdırırmış. Xüsusi dinləmələr zamanı terrorçuların yeri müəyyənləşib.