- Cəmiyyət, Manşet

Türkiyə ordusu daha 3 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyat zonasında daha 3 terrorçunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, ötən gün adıçəkilən bölgədə terrorçu qrupların hücumu nəticəsində 2 türk hərbçi həlak olub.