Türkiyə 2021-ci ildə rekord həcmdə mal və məhsul ixrac edib.
APA-nın yerli müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyənin ixracatı ötən il 225 milyard 368 milyon dollar təşkil edib ki, bu da rekord sayılır.
Onu sözlərinə görə, 2021-ci ildə ixracat 2020-ci illə müqayisədə 32,9% artıb.