Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrinə dair çıxışını pisləyən birgə bəyanat yayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bəyanatı Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkilləri imzalayıb.