- Cəmiyyət, Manşet

Türkiyə və ABŞ prezidentləri arasında görüş keçirilir

Belçikanın paytaxtı Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Bayden arasında görüş başlayıb.

“Report”un məlumatına görə, görüş NATO-ya üzv ölkələrin liderlərinin zirvə toplantısı çərçivəsində keçirilir.

Ərdoğanın görüş başa çatdıqdan sonra mətbuat konfransı keçirəcəyi bildirilir.