- Cəmiyyət

Türkiyə XİN İlham Əliyevlə Nikol Paşinyan arasındakı görüşə münasibət bildirib

Türkiyə Xarici İşlər Nazirliyi aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının rəhbərliyi ilə Brüsseldə keçirilən görüşə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev ilə Emənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə gerçəkləşdirilən görüş nəticəsində iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanmasına başlanılması barədə təlimat verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd kommissiyası yaradılması barədə razılaşdırılmadan məmnunluq duyuruq”.