Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçilməsinə dair açıqlamasını rədd edirik.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.
“Bəyannamədə deyildiyi kimi, kiprli türklər Türk Dünyasının tərkib hissəsidir, Türk dövlətləri ilə münasibət qurmaq və inkişaf etmək onların təbii hüquqdur.
Kipr adasında ədalətli, daimi və davamlı həll yalnız 1963-cü ildən bəri qəsb edilən Kipr Türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması ilə başlayacaq bir prosesdən sonra əldə edilə bilər”, – deyə bildirilib.
Əlavə olunub ki, bunun üçün beynəlxalq ictimaiyyət Kiprin yunan administrasiyasını adanın yeganə sahibi hesab edən siyasətdən əl çəkməli və ŞKTR-nı tanımalıdır: “Türkiyə ŞKTR-nın yanında olmağa və bütün beynəlxalq platformalarda Kipr türklərinin səsi olmağa davam edəcək”