Türkiyədə koronavirusa qarşı yerli TURKOVAC vaksininin yaxın aylarda kütləvi istehsalına başlaması planlaşdırılır.
Modern.az-ın məlumatına görə, hazırda ölkədə vaksinin kliniki sınaqlarının üçüncü mərhələsi davam edir.
Qeyd olunur ki, üçüncü mərhələdə 650 könüllü iştirak edir. Bu günədək vaksin 46 nəfərə vurulub və hər hansı bir yan təsir müəyyən edilməyib.
Mütəxəssislər TURKOVAC-ın qış aylarınadək kütləvi istehsalının başlayacağını bildirir.