- Cəmiyyət, Manşet

Türkiyədən Yunanıstana qaçmağa çalışan 6 FETÖ-çü saxlanılıb

Türkiyədə Yunanıstana qaçmağa hazırlaşan 6 FETÖ-çü saxlanılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, saxlanılanların hamısı keçmiş hərbçi olub.

Belə ki, FETÖ ilə əlaqəli bilindiyinə görə ordudan tərxis olunan şəxslər Muğlanın Bodrum rayonunda qayıqla Yunanıstana qaçmağa hazırlaşarkən saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.