- Cəmiyyət, Manşet

Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb

Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb.

Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova